Azərbaycan İpoteka Fondunun server və şəbəkə avadanlığı üzrə dəstəklənmə xidmətinin alınması ilə bağlı Təkliflər sorğusunun müddəti uzadılmışdır:
Təkliflər sorğusu üzrə sənədlər (təklif istisna olmaqla) 02 iyul 2014-cü il tarixinədək, təklif zərfi 15 iyul 2014-cü il saat 18.00-dək Fondun Bakı ş., Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 16 iyul 2014-cü il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır.
Məsələ ilə bağlı, əlavə məlumat almaq üçün Mətin Hacıyevə 441-24-23 (daxili nömrə 133) müraciət etmək olar.
Satınalmalar komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.