Fondun server və arxiv otaqları üçün təhlükəsizlik avadanlıqlarının alınması və quraşdırılması üzrə xidmətlərin satın alınması ilə bağlı kotirovka sorğusu başa çatmış və satınalmanın qalibi olaraq “Bakinity Distribution” MMC seçilmişdir. Cəmiyyət ilə Fond arasında 24 iyun 2014-cü il tarixli 24/06 saylı satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.