13.06.2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu elan edir

Azərbaycan İpoteka Fondunun elektron poçt sisteminin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə CommuniGate-Pro proqram təminatının alınması və quraşdırılması ilə bağlı Kotirovka sorğusunun müddəti uzadılmışdır:

Kotirovka sorğusu üzrə sənədlər (təklif istisna olmaqla) 23 iyun 2014-cü il tarixinədək, kotirovka təklifi 07 iyul 2014-cü il saat 18.00-dək Fondun Bakı ş., Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 08 iyul 2014-cü il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır.

Məsələ ilə bağlı, əlavə məlumat almaq üçün Mətin Hacıyevə 441-24-23 (daxili nömrə 133) müraciət etmək olar.

 

Satınalmalar komissiyası