20.05.2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANI elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu üçün kompüter, server və şəbəkə avadanlıqlarının alınması və quraşdırılması üzrə xidmətlərin alınması ilə bağlı təkliflər sorğusu.

Satınalmada iştirak haqqı 100 (bir yüz) AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir:

м/h AZ74NABZ01451700000000001944, H/n: AZ57NABZ01360450000000005944, коd 501004, VÖEN – 1400729041, S.W.I.F.T BİK NABZAZ2J

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi;
  4. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;
  5. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  6. İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;
  7. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayışlar (Dövlət Sosial Müdafiə Fondu və AR Vergilər Nazirliyi);
  8. Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.

 

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.

Əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.

 

Tender üzrə möhürlənmiş və imzalanmış təkliflər 23 iyun 2014-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 10 iyun 2014-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 24 iyun 2014-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.

Satınalmalar komissiyasının əlaqələndirici şəxsi: Mətin Hacıyev (İnformasiya texnologiyaları şöbəsinin rəisi). Telefon: 441-24-23 (133).

Satınalmalar komissiyasının sədri                                                                                                                                                                                                          Əkbər Kərimov