19.05.2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANI elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun bir sıra informasiya sistemlərinə dəstək xidmətinin göstərilməsi üzrə xidmətlərin alınması ilə bağlı Açıq tender.

Açıq tender 3 (üç) lotdan ibarətdir:

Lot 1 - "GNİ Software" avtomatlaşdırılmış mühasibat proqramına illik texniki dəstək xidməti;

Lot 2 - "Elektron İpoteka Sistemi"nə illik texniki dəstək xidməti;

Lot 3 - İnformasiya Mübadiləsi modulu sisteminə 6 aylıq dəstək xidməti.

Lotlar üzrə iştirak haqları aşağıdakı kimidir:

      

Lot 1 - 200 (iki yüz) manat;

Lot 2 - 200 (iki yüz) manat;

Lot 3 - 100 (bir yüz) manat;

 

İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir:

м/h AZ74NABZ01451700000000001944, H/n: AZ57NABZ01360450000000005944, коd 501004,

VÖEN – 1400729041, S.W.I.F.T BİK NABZAZ2J

 

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi;
  4. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;
  5. İddiaçı hüquqi şəxs olmadıqda, müvafiq baş idarənin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd; 
  6. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  7. İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;
  8. Təklifin qiymətinin 1%-i məbləğində bank təminatı;
  9. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayış;
  10. Açıq tenderin Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.

 

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.

Tender üzrə Əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.

 

Tender üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfləri və təkliflərin təminatı 20 iyun 2014-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 09 iyun 2014-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir.Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 23 iyun 2014-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.

Açıq Tender komissiyasının əlaqələndirici şəxsi: Mətin Hacıyev (İnformasiya texnologiyaları şöbəsinin rəisi). Telefon: 441-24-23 (133).

Açıq Tender Komissiyası