Azərbaycan İpoteka Fondunun bir sıra informasiya sistemlərinə, server və şəbəkə avadanlıqlarına dəstək xidmətinin göstərilməsi üzrə xidmətlərin alınması ilə bağlı 12 fevral 2014-cü il tarixdə elan edilmiş Açıq tender başa çatmış və Açıq tenderin 5-ci lotu üzrə satınalmanın qalibi olaraq fərdi sahibkar, Zaur Rauf oğlu Rəhimov seçilmişdir. Tərəflər arasında 05 may 2014-cü il tarixli VEB/05/05/2014 saylı satınalma müqaviləsi bağlanmışdır.
Tender komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.