06.03.2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMALARI elan edir

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun avtomaşınlarının sığortalanması ilə bağlı təkliflər sorğusu.
  2. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun inzibati binasının və inzibati binanın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, eləcə də inzibati binada olan daşınar əmlakının sığortalanması ilə bağlı təkliflər sorğusu.
  3. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun əməkdaşlarının tibbi sığortalanması ilə bağlı təkliflər sorğusu.

Hər bir satınalmada iştirak haqqı 50 (əlli) AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir.

м/h: AZ74NABZ01451700000000001944, Hesab №: AZ57NABZ01360450000000005944,  коd: 501004, VÖEN: 1400729041, S.W.I.F.T BİK: NABZAZ2J

Satınalmalarda iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidirlər:

  1. Satınalmada iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, bank rekvizitləri və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
  4. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  5. İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. Son maliyyə ili ərzindəki fəaliyyətinə dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
  7. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından (AR Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu) arayış;
  1. Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.

İddiaçıların təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatlar da əlavə edilə bilər.

     Satınalmalar üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.

Satınalmalar üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 09 aprel 2014-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 28 mart 2014-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələlər üzrə zərflər 10 aprel 2014-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.

Satınalmalar Komissiyası