29.12.2013

Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

29 dekabr 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ2007008686 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.


Hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.