28.11.2013

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı satınalma üzrə KOTİROVKA SORĞUSUNA dəvət edir

Azərbaycan İpoteka Fondunda WSUS servisinin quraşdırılması və sazlanması üzrə xidmətin alınması ilə bağlı kotirovka sorğusu.
Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təkliflər 11 dekabr 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir.
Məsələ ilə bağlı, əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs  - Mətin Hacıyevə (daxili nömrə 133) müraciət etmək olar.

Satınalmalar komissiyası