Azərbaycan İpoteka Fondu üçün mebel avadanlığının alınması ilə bağlı təkliflər sorğusu.
Satınalmada iştirak haqqı 100 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir:
м/h AZ57NABZ01360450000000005944,
коd 210016,
VÖEN – 1400729041,
S.W.I.F.T BİK AZMFAZ22XXX
Satınalmada iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidirlər:
İddiaçıların təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatlar da əlavə edilə bilər.
Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür. Satınalma üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 21 noyabr 2013-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 08 noyabr 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 22 noyabr 2013-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.
Satınalmalar komissiyası