18.10.2013

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir

Azərbaycan İpoteka Fondunun inzibati ofisinin təmiri və təchizatı ilə bağlı təkliflər sorğusunun müddəti uzadılmışdır.

Satınalma üzrə ilkin sənədlər 04 noyabr 2013-cü il saat 18.00-dək, satınalma üzrə təklif zərfləri isə 15 noyabr 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 18 noyabr 2013-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.

Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.

Satınalmalar komissiyası