30.09.2013

AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır

30 sentyabr 2013-cü il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:

- Dövlət qeydiyyat nömrəsi - AZ2007008686
- Qiymətli kağızın növü - təmin edilmiş, faizli;
- Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;
- Buraxılışın həcmi - 20 000 000 (iyirmi milyon) manat;
- İstiqrazların sayı - 20 000 (iyirmi min) ədəd;
- Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
- Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il;
- İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.