Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun inzibati ofisinin təmiri və təchizatı ilə bağlı təkliflər sorğusu.
Fondunun inzibati ofisinin təmiri və təchizatı aşağıdakı işlərin görülməsini əhatə edəcəkdir:
Satınalmada iştirak haqqı 100 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir:
Hesab №: AZ57NABZ01360450000000005944
VÖEN: 1400729041
Azərbyacan Respublikası Mərkəzi Bankı
Kodu: 501004
VÖEN: 9900071001
Müxbir hesab: AZ74NABZ01451700000000001944
Satınalmada iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidir:
Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.
Satınalma üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 28 oktyabr 2013-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 17 oktyabr 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 29 oktyabr 2013-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı 1 gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.
Satınalmalar komissiyası