26.12.2012

AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır

21 dekabr 2012-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində
Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının
emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:
- Dövlət qeydiyyat nömrəsi - AZ2006008687
- Qiymətli kağızın növü - təmin edilmiş, faizli;
- Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;
- Buraxılışın həcmi - 40 000 000 (qırx milyon) manat;
- İstiqrazların sayı - 40 000 (qırx min) ədəd;
- Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
- Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il;
- İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.