15.03.2012

Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

        
15 mart 2012-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 30 mln. manat təşkil edən, AZ200500868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 2 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır.


Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 32 483 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir
.