20.02.2012

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 20 mln. manatlıq emissiyasının sonuncu tranşının yerləşdirilməsi


          23 fevral 2012-ci il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz
, təmin edilmiş istiqrazlarının sonuncu yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 101,1833 qiyməti ilə  satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
          İstiqrazların ödənmə tarixi – 28 avqust 2018-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
          Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 23 sentyabr 2011-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 20 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
         
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
          Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 04 oktyabr 2011-ci il tarixində başlanılmışdır və hərraca bu günədək 17 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.