19.01.2012

AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır

16 yanvar 2012-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində
Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:
-    Dövlət qeydiyyat nömrəsi - AZ200500868
-    Qiymətli kağızın növü - təmin edilmiş, faizli;
-    Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;    
-    Buraxılışın həcmi - 30 000 000 (otuz milyon) manat;
-    İstiqrazların sayı - 30 000 (otuz min) ədəd;
-    Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
-    Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il;
-    İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.