12.03.2012

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 30 mln. manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsi

        15 mart 2012-ci il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi başlanacaq və hərraca ilkin olaraq 2 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar nominal dəyərlə  satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
        İstiqrazların ödənmə tarixi – 22 yanvar 2022-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
        Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 16 yanvar 2012-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 30 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. 
        Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.