Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdindəAzərbaycan İpoteka Fondu aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir:
Azərbaycan İpoteka Fondu üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının alınması ilə bağlı 08 fevral 2013-cü il tarixdə elan edilmiş təkliflər sorğusunun müddəti uzadılmışdır. Satınalma üzrə ilkin sənədlər 25 fevral 2013-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 06 mart 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 07 mart 2013-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Fərid Əsgərova (daxili nömrə 111) müraciət etmək olar.
Satınalmalar komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.