17.01.2011

Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

17 yanvar 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 60 mln. manat təşkil edən, AZ200300868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 10 mln. manatlıq hissə nominal dəyərlə hərraca çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (10 mln. manat) iki dəfədən çox üstələyərək 24 085 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 
 

Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinə formalaşan tələbdən asılı olaraq bu istiqrazların yerləşdirilməsi davam etdiriləcək.