13.01.2011

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 60 mln. manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsi

     17 yanvar 2011-ci il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi başlanacaq və hərraca ilkin olaraq 10 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar nominal dəyərlə  satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

     İstiqrazların ödənmə tarixi – 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

     Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 19 noyabr 2010-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 60 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

     Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.