08.12.2010

Təmin edilmiş istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilmişdir

      Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazları üzrə 08 dekabr 2010-cu il tarixində növbəti faiz ödənişi həyata keçirilmişdir.
      Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 55 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3% təşkil edir. İstiqrazların ilk yerləşdirmə tarixi 16 iyun 2009-cu il və ödənmə tarixi 10 may 2016-cı ildir.