23.11.2010

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

       23 noyabr 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 103,0287 qiyməti ilə satışa çıxarılmışdır.

       Hərracda 5 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 4 219 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

       Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 65 mln. manata çatmışdır.