25.10.2010

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur



25 oktyabr 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 102,7818 qiyməti ilə satışa çıxarılmışdır.
Hərracda 5 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 4 520 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.
 Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 62 mln. manata çatmışdır.