Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, Azərbaycan İpoteka Fondunun AZ200200868 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə 02 avqust 2010-cu il tarixində (ödəniş günü 31 iyul 2010-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən, əməliyyat növbəti günə keçirilmişdir) ilk faiz ödənişi həyata keçirilmişdir.
Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 75 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir. İstiqrazların ödənmə tarixi – 11 dekabr 2019-cu ildir. Bu istiqrazların yerləşdirilməsinə 01 fevral 2010-cu il tarixində başlanılmışdır və bu günədək 49 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.