Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMALARI elan edir:
1. Azərbaycan İpoteka Fondunun kompyüter şəbəkəsinin beynəlxalq şəbəkəyə çıxışının təminatı üçün internet provayderin seçilməsi ilə bağlı təkliflər sorğusu. 2. Azərbaycan İpoteka Fondunun Sumqayıt şəhərində yerləşən ehtiyat mərkəzinə UPS avadanlığının alınması ilə bağlı təkliflər sorğusu. Hər bir satınalmada iştirak haqqı 50 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir. м/h 0132090005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX Satınalmada iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidirlər: 1. Satınalmada iştirak etmək üçün ərizə; 2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; 3. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə və dövlət qeydiyyat şəhadətnaməsi), ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri; 4. Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar. İddiaçılar təqdim edəcəyi mal və xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər. Satınalmalar üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür. Satınalmalar üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfləri 18 aprel 2011-ci il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 06 aprel 2011-ci il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında Fondun təhlükəsizlik xidməti tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Satınalmalar üzrə zərflər 19 aprel 2011-ci il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə, zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir. Məsələ ilə bağlı, əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxslər Mətin Hacıyev (daxili nömrə 133) və Fərid Əsgərova (daxili nömrə 111) müraciət etmək olar.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.