Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazları üzrə 11 iyun 2010-cu il tarixində növbəti faiz ödənişi həyata keçirilmişdir.
Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 55 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3% təşkil edir. İstiqrazların ilk yerləşdirmə tarixi 16 iyun 2009-cu il və ödənmə tarixi 10 may 2016-cı ildir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.