22.04.2010

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

      Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 22 aprel 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

      Hərracda 5 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 9 922 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

      Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 23 mln. manata çatmışdır.