Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri,
Bül-bül prospekti 40
Satınalma predmeti: Satmaq öhdəliyi ilə
kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29
oktyabr 2025-ci il saat 10:00
Zərflərin açılış tarixi və vaxtı: 29 oktyabr 2025-ci
il saat 10:00
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1. |
Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2 |
Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə
yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar
tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə
kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə
təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə
tutulur. Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın
alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış
massivləri üzrə həyata keçiriləcəkdir. İştirakçılar tərəfindən satınalma
predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə
Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi
müəyyən edir.Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin
ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır. |
1 |
ədəd |
İştirak haqqı: 10000 AZN
Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə
haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına
görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir
halda geri qaytarılmır.
İstifadə haqqı: 25 AZN
Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli
sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada
iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş
istifadə haqqı heç bir halda geri qaytarılmır.
Tələb olunan iddiaçıların sayı: 3