01.02.2010

Azərbaycan İpoteka Fondunun yeni istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

      Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 1 fevral 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır.

      Hərracda 5 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üç dəfədən çox üstələyərək 9 593 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

      Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinə formalaşan tələbdən asılı olaraq bu istiqrazların yerləşdirilməsi davam etdiriləcək.