15.05.2025

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdirilib

15 may 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Satışa çıxarılan istiqrazlar tam şəkildə yerləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən 28 aprel 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.