21.01.2025

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyası yerləşdirilib

21 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 100 000 000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 yanvar 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3,25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.