11.01.2010

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

       Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 11 yanvar 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

       Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) iki dəfədən çox üstələyərək 6 994 866 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 52 mln. manata çatmışdır.