20.12.2024

İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilib

20 dekabr 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarııb və tam şəkildə yerləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 noyabr 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.