30 dekabr 2009-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun 75 mln.manat məbləğində yeni istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.
Emissiyanın əsas parametrləri aşağıdakılardır:
 Dövlət qeydiyyat nömrəsi - AZ200200868
 Qiymətli kağızın növü - faizli;
 Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;
 Buraxılışın həcmi - 75 000 000 (yetmiş beş milyon) manat;
 İstiqrazların sayı - 75 000 (yetmiş beş min) ədəd;
 Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
 Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il;
 İstiqrazlar üzrə illik faiz dərəcəsi – 3,25 %.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.