29.10.2024

Aktivlərin təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması xidmətləri

Aktivlərin təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması xidmətləri

 

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: Aktivlərin təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27 noyabr 2024-cü il saat 10:00

Zərflərin açılış tarixi və vaxtı: 27 noyabr 2024-cü il saat 10:00

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1.

Aktivlərin təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması xidmətləri

-     Satınalan təşkilatın fəaliyyət istiqamətləri üzrə maliyyə aktivləri (maliyyələşdirilmiş ipoteka kreditləri, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müqavilələri, dövlət qiymətli kağızları portfeli, depozit portfeli və s.) və maliyyə öhdəliklərinin (sahibkarların müvəkkil banklardan manatla  aldıqları kreditlərə verilmiş zəmanətlər və s.)  “Maliyyə alətləri” adlı 9 nömrəli Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğun təsnifləşdirilməsi, qiymətləndirilməsi və ölçülməsi qaydasının hazırlanması, o cümlədən;

-     9 nömrəli MHBS-in tələblərinə uyğun  maliyyə aktivləri  və maliyyə öhdəliklərinin dəyərsizləşməsi və gözlənilən kredit zərərlərinin hesablanması və qiymətləndirilməsi metodologiyasının və  modelinin hazırlanması;

-     Satınalan təşkilatın biznes modellərinə uyğun maliyyə aktivləri və öhdəliklərinin dəyərsizləşməsi və müvafiq ehtiyatların yaradılması metodologiyasının hazırlanması;

-     gözlənilən kredit zərərləri modelinin komponentlərinin hesablanması və istifadə ediləcək məlumat bazasının qurulması;

-     maliyyə aktivinin dəyərsizləşməsi və ehtiyatların yaradılması ilə bağlı uçot və hesabatlılıq sisteminin qurulması;

-     Maliyyə aktivlərinin və öhdəliklərinin dəyərsizləşməsi, ehtiyatların yaradılması və modelin tətbiqi üzrə müvafiq tədrisin həyata keçirilməsi

1

ədəd

İştirak haqqı: 250 AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

İlhamə İsabalayeva

Xəzinədarlıq departamentinin direktoru

 

ilhama.isabalayeva@mcgf.gov.az; 

(+994 12) 498 18 01 (daxili 145)

 

Tələb olunan iddiaçıların sayı: 3