22.10.2024

Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3

Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3

 

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06 dekabr 2024-cü il saat 10:00

Zərflərin açılış tarixi və vaxtı: 06 dekabr 2024-cü il saat 10:00

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

3.

Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3

1.   Yaşayış sahəsinə dair tələblər:

-     Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu  zonalar üzrə) həyata keçiriləcəkdir.

-     Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

-     Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir.

-     Satın alınması nəzərdə tutulan yaşayış sahələri 1, 2, 3 və/ və ya 4 otaqlı olmalıdır.

-      Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır.

-      daxili hündürlüyü 2,8 metrdən az olmamalıdır.

-      qapıların hündürlüyü 2,2 metr həddində olmalıdır.

-      dəhliz və sanitar qovşaqlar xaric, hər bir otaq üçün (studiya tipli mənzillərin mətbəxləri istisna olmaqla (bu tipli mənzillərdə mətbəx qonaq otağı ilə birlikdə açıq tipli və ya üzərində havalandırma üçün kiçik pəncərə quraşdırılmış arakəsmə ilə bölünmüş qapalı tipli ola bilər)) ən azı 1 pəncərə mövcud olmalı və təbii işıqlandırma şəraiti təmin edilməlidir.

-      soyuq su, elektrik və qaz təminatı üzrə elektron və ya mexaniki sayğaclar quraşdırılmalıdır.

 

    Qiymətlədirmə mərhələsində Satınalan təşkilatın tələbi üzrə təklif edilən yaşayış sahələrinə və yerləşdiyi bina və ya bina komplekslərinə yerində baxış keçirilə bilər.

2.   Yaşayış binasına (və ya bina kompleksinə) dair tələblər:

-      İştirakçılar bina və ya bina kompleksinin inşa edildiyi ili, həyətyanı sahəsini, texniki imkanlarını və yaşayış sahəsinə dair tələbləri müəyyən etməyə imkan verən təsdiqedici sənədləri  (müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə-tikinti sxeminin, Tikinti obyektinin istismarına icazəni təsdiq edən sənədin, çertyojun və ya digər sənədlərin surətləri) təqdim edir.

-     bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır.

-     Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.

-     binanın (və ya bina kompleksinin) tikintisinə icazə alınan torpaq sahəsi ipoteka ilə yüklü edilməməli, həbs altında olmamalı və özgəninkiləşdirilməsinə qadağa qoyulmamalıdır;

-     yaşayış sahələri təhvil verilərkən bina (və ya bina kompleksi) tam hazır olmalıdır. Binanın (və ya bina kompleksinin) tam hazır olması binanın (və ya bina kompleksinin) yan və daxili divarlarının, dam örtüyünün, su anbarı da daxil olmaqla, binaya (və ya bina kompleksinə) xidmət edən və binadan (və ya bina kompleksindən) ayrıca inşa edilən obyektlərin tikintisinin bitməsi, su və elektrik xətlərinin çəkilməsi, pəncərələrin və istilik təchizatı sistemlərinin quraşdırılması, habelə daxili suvaq (malalama) və fasad işlərinin başa çatması, binanın (və ya bina kompleksinin) ümumi əmlakı olan ərazilərin (mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər (texniki zirzəmi), binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, habelə mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqların yerləşdiyi ərazilər) tam təmirli olması deməkdir.

-     binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır.

-     binaya təhlükəsiz və rahat giriş-çıxış təmin edilməlidir;

-     binada təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri nəzərdə tutulmalıdır.

-     binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir.

-     bina (və ya bina kompleksi) yaşayış və nəqliyyat infrastrukturuna yaxın olmalıdır.

 

3.   Yaşayış sahələrinin təmirinə dair tələblər:

Bu satınalma üzrə nəzərdə tutulan təmirə dair tələblər minimum tələbləri və şərtləri müəyyən edir, lakin qalib təchizatçı həmin tələblərdən daha üstün təmir şərtlərini təklif edə bilər.

Yaşayış sahələri təhvil-təslim anında tam təmirli olmalıdır:

3.1. Yaşayış sahələrinin tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş vəziyyətə gətirilməsi müddəti satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 4 aydan gec olmayaraq həyata keçirilməlidir;

3.2. dəhliz –

3.2.1. divarlar müasir materiallardan istifadə edilməklə hamarlanmalı, vinil və ya flizilin divar kağızları ilə örtülməlidir;

3.2.2. döşəmə səthi sement-qum məhlulu ilə hamarlanmalı və keramik plitələrlə örtülməlidir;

3.2.3. tavan alçipanla üzlənməli və ya beton səthin üzəri müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rənglə rənglənməli və dekorativ künclərə malik olmalıdır;

3.2.4. plintuslar 5÷8 sm hündürlükdə plastik və ya keramik olmalıdır;

3.3. yaşayış otaqları (qonaq və yataq), anbar –

3.3.1. divarlar müasir materiallardan istifadə edilməklə hamarlanmalı, vinil və ya flizilin divar kağızları ilə örtülməlidir;

3.3.2. döşəmə 4*5 və ya 5*5 sm-lik laqa ilə toxunmalı (laqalar arası məsafə 35 sm-dən çox olmamalıdır), üzəri 15 mm-lik diktlə qapanmalı və 32-ci və ya 33-cü sinif 8 mm qalınlığı olan laminatla örtülməlidir;

3.3.3. pəncərələrin kənarları müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rəngdə rənglənməli və pəncərə altı lövhələr isə ağ rəngdə plastik materialdan olmalıdır;

3.3.4. tavan alçipanla üzlənməli və ya beton səthin üzəri müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rənglə rənglənməli və dekorativ künclərə malik olmalıdır;

3.3.5. plintuslar 5÷8 sm hündürlükdə plastik və ya rənglənmiş MDF materialdan olmalıdır;

3.3.6. otaqlararası qapılar laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı, bütün qapılar eyni növ və marka, habelə rəng və eyni cür naxışlarla olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində olmalıdır;

3.4. mətbəx –

3.4.1. divarlar müasir materiallardan istifadə edilməklə hamarlanmalı, vinil və ya flizilin divar kağızları ilə örtülməlidir;

3.4.2. mebel yığılacaq divara su və kürəbənd xətləri çəkilməlidir;

3.4.3. döşəmə 4*5 və ya 5*5 sm-lik laqa ilə toxunmalı (laqalar arası məsafə 35 sm- dən çox olmamalıdır), üzəri 15 mm-lik diktlə qapanmalı və 32-ci və ya 33-cü sinif 8 mm qalınlığı olan laminatla örtülməlidir;

3.4.4. pəncərələrin kənarları müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rəngdə rənglənməli, pəncərə altı lövhələr isə ağ rəngdə plastik materialdan olmalıdır;

3.4.5. tavan alçipanla üzlənməli və ya beton səthin üzəri müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rənglə rənglənməli və dekorativ künclərə malik olmalıdır;

3.4.6. plintuslar 5÷8 sm hündürlükdə plastik və ya rənglənmiş MDF materialından olmalıdır;

3.4.7. qapı laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı, birtaylı olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində olmalıdır;

3.5. sanitar qovşaq (layihədən asılı olaraq 3 və 4 otaqlı mənzillər üçün nəzərdə tutulur) –

3.5.1. divarlar və döşəmə keramik plitələrlə örtülməlidir;

3.5.2. qapılar laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı və otaq qapıları ilə eyni olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində olmalıdır;

3.5.3. tavan açıq rəngli asma metal plitələrdən yığılmalıdır;

3.5.4. quraşdırılacaq sanitar avadanlıqlar (unitaz, gigiyenik duş, tülpan (su çanağı) və ya moydadır, su qarışdırıcı krant və güzgü) olmalıdır;

3.5.5. hər bir su qarışdırıcı (smestitel) krant və gigiyenik duş ayrıca isti və soyuq su xətləri ilə təmin edilməli, isti və soyuq su xətləri Ø25mm-lik plastik fiber borularla çəkilməlidir;

3.5.6. döşəmədə yığılan suyun axınını təmin etmək üçün unitazın yan tərəfində, gigiyenik duşun alt hissəsində su axıdıcı süzgəc (trap) qoyulmalıdır;

3.6. vanna otağı (1 və 2 otaqlı mənzillərdə yalnız bir vanna otağı, layihədən asılı olaraq 3 və 4 otaqlı mənzillərdə bir və ya iki vanna otağı ola bilər – əgər layihədə vanna otaqlarından birinin qapısı yataq otağına açılarsa, bu zaman mənzildə yalnız iki vanna otağı,

əks halda bir ədəd vanna otağı və bir ədəd sanitar qovşaq təmir olunmalıdır) –

3.6.1. divarlar və döşəmə keramik plitələrlə örtülməlidir;

3.6.2. tavan açıq rəngli asma metal plitələrdən yığılmalıdır;

3.6.3. duş kabin (duşaltı vanna (paddon) ilə birlikdə), su qarışdırıcı (smestitel) krant və duşla təchiz olunmalıdır;

3.6.4. unitaz, gigiyenik duş, tülpan (su çanağı) və ya moydadır, su qarışdırıcı krant, güzgü və dəsmal quruducusu ilə təchiz olunmalıdır;

3.6.5. hər bir su qarışdırıcı (smestitel) krant və gigiyenik duş ayrıca isti və soyuq su xətləri ilə təmin edilməlidir, isti və soyuq su xətləri Ø25mm-lik plastik fiber borularla çəkilməlidir;

3.6.6. qapı laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı və otaq qapıları ilə eyni olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində olmalıdır;

3.7. eyvanlar və lociyalar –

3.7.1. divarlar və tavan üzrə işləmələr binanın (bina kompleksinin) fasadına uyğun olmalıdır;

3.7.2. döşəmə səthi sement-qum məhlulu ilə hamarlanmalı, su axıdıcı süzgəc (trap) qurulmalı və keramik plitələrlə örtülməlidir;

3.8. layihə üzrə sanitar qovşaqların və vanna otaqlarının döşəmə və divarları hidroizolyasiya ilə təmin edilməlidir (divarda hidroizolyasiya işləri bütün perimetr boyu döşəmədən ən azı 30 sm səviyyəsinə kimi aparılmalıdır);

3.9. döşəmədə plitədən laminata keçid yerlərdə dekorativ astanalar qoyulmalıdır;

3.10. sanitar qovşaqlarda mənzilə giriş su xəttinin üzərində krant quraşdırılmalıdır;

3.11. sanitar qovşaqlarda və vanna otaqlarında hava sorucular və aydınlatma üçün spotlar quraşdırılmalıdır;

3.12. mənzilin girişində istifadəsi rahat olan divarda paylayıcı elektrik paneli qurulmalı, paneldən elektrik xətlərinin paylanması ayrı-ayrılıqda sığortalar üzərindən qoşulmalıdır. Elektrik xətləri gizli çəkilməli (mənzilə giriş naqili 6 və ya 10 mm-lik, kondisioner

üçün çəkilmiş naqil 4 mm-lik, rozetkalar üçün çəkilmiş naqil 2.5 mm-lik və aydınlatma üçün çəkilmiş naqil isə 1.5 mm-lik olmalıdır), elektrik ucluqlarının qurğuları (elektrik açarları və elektrik rozetkaları) quraşdırılmalı, həmçinin hər bir otaqda kondisioner üçün daxili elektrik panelindən ayrıca sığorta ilə təchiz olunmaqla elektrik naqilləri çəkilməlidir, girişdə zəif axın paylayıcı paneli qurulmalı, panel üzərindən damafon xətti, mətbəxə və hər bir otağa və girişə ucluğunda TV və RJ rozetkası qoyulmaqla gizli olaraq TV və internet xətləri verilməlidir (elektrik və zəif axın xətlərinin çəkiləcəyi nöqtələr mənzilin planı üzərində qeyd olunmaqla əvvəlcədən Satınalan təşkilatla razılaşdırılmalıdır);

1.13. yaşayış sahələri kombi bölməli-radiator isitmə sitemi ilə təchiz olunmalıdır.

Yaşayış sahəsində kombi qurğusu qurulmalı, kombi bölməli-radiator arası əlaqə Ø25mm-lik plastik fiber borular vasitəsilə çəkilməlidir. Quraşdırılacaq sistem, istilik gücü hesabatına

(bölməli-radiator üçün hesabat: S otaq sahəsi*90/123 =Rbölmələr sayı) uyğun olaraq aşağıdakı kimi olmalıdır: Kombi qurğusunun gücü ən azı 24 kVt-lıq, radiator bölmələrinin sayı isə: 5 kv.metrlik otaq üçün 4 bölməli, 10 kv.metrlik otaq üçün 7 bölməli, 15 kv.metrlik otaq üçün 11 bölməli, 20 kv.metrlik otaq üçün 15 bölməli, 25 kv.metrlik otaq üçün 18 bölməli, 30 kv.metrlik otaq üçün 22 bölməli- radiatorlar quraşdırılmalıdır.

 

4.   Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satınalması aşağıdakı mərhələlərdən ibarətdir:

-     Satınalma müqaviləsi imzalandığı tarixdən etibarən yaşayış sahələri təmirli qayda Satınalan təşkilata 4 aydan gec olmayaraq təhvil verilməlidir.

-     Satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 aydan gec olmayaraq qalib təchizatçı yaşayış sahələrini hüquqmüəyyənedici sənədə (mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyesterindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış) müvafiq olaraq hər bir yaşayış sahəsini mülki qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsinə əsasən Satınalan təşkilatın mülkiyyətinə verir. 

-     Yaşayış sahələrinin dəyəri hər bir yaşayış sahəsi üzrə hissəvi qaydada mülki qanunvericiliyə uyğun olaraq  nisyə alqı-satqı müqaviləsi bağlanarkən notariusun depozit hesabına Satınalan təşkilat tərəfindən ödənilməklə həyata keçirilir.

Qiymət təklifində aşağıda qeyd olunanlar əlavə olunmalıdır:

-     Mənzillərin 1 kv.m qiyməti qeyd edilməlidir;

-     Mənzillərin hüquqmüəyyənedici sənəddə (mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyesterindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış) qeyd olunan ümumi sahəsi, o cümlədən mənzillərin təmiri  nəzərə alınmaqla 1 kv.m üzrə qiymət təklifi təqdim olunmalıdır;

-     Daşınmaz əmlak bazarında real satış təcrübəsinin xarici perimetrlə (kənar divarların mərkəzi oxdan ölçülməsi ilə) həyata keçirildiyini nəzərə alaraq məlumat və müqayisə məqsədilə qiymət təklifinizdə həmçinin mənzillərin təmirli xarici perimetrlə 1 kv.m  üzrə təklif olunan qiyməti də əlavə olunması xahiş olunur;

-     Qalib təchizatçı ilə satınalma müqaviləsi bağlandıqda nisyə alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl, təchizatçı təqdim edəcəyi hər bir mənzilin bazar qiymətinin müəyyən edilməsi üçün mənzilin Satınalan təşkilatın müvəkkil təşkilatlarının siyahısına daxil olan müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsinin həyata keçirilməsini təmin etməli və qiymətləndirmənin nəticələri haqqında tərtib edilən hesabatı Satınalan təşkilata təqdim etməlidir.

-     Mənzillərin dəyəri hissəvi qaydada ödəniləcəkdir. Mənzillər üzrə nisyə alqı-satqı müqaviləsi bağlandıqda ödənişin 1-ci hissəsi olan mənzillərin dəyərinin 30 faizi ödəniş edilir. Mənzilin təmir vəziyyəti Satınalan təşkilatın təmirə dair tələblərinə uyğunlaşdırılmaqla təqdim edildikdə ödənişin 2-ci hissəsi olan qalıq məbləğ ödənilir.

-     Yaşayış sahələrinin nisyə alqı-satqı müqaviləsi bağlanarkən vergi, dövlət rüsumu, notarial və digər xərclər, o cümlədən daşınmaz əmlakın icbari sığortası ilə bağlı xərclər qalib təchizatçı tərəfindən ödənilir.

40000

kv.m

İştirak haqqı: 10 000 AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

  Adil Sadıqov

Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi

adil.sadigov@mcgf.gov.az

 

(+994 12) 498 18 01 (daxili 226)

 

 

 

Tələb olunan iddiaçıların sayı: 3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                            Komissiyanın Sədri

 

İlham Kələşov

 

________________imza

   

    ________________tarix

 

Satınalmalar Komissiyasının üzvləri

Həbib Məsimov

 

_______________imza

 

________________tarix

 

 

Fariz Axundov

 

________________imza

 

________________tarix

 

 

Nəriman Hacıyev

________________imza

 

________________tarix

 

Fərid Hacıəbdülhəlimzadə

 

________________imza

 

________________tarix

 

 

İlhamə İsabalayeva

 

________________imza

 

________________tarix

 

 

Mətin Hacıyev

 

________________imza

 

________________tarix