Satınalan təşkilatın adı: AZƏRBAYCAN
RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri,
Bül-bül prospekti 40
Satınalma
predmeti: Aktivlərin
təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24 oktyabr
2024-cü il saat 10:00
Zərflərin açılış tarixi və vaxtı: 24 oktyabr 2024-cü
il saat 10:00
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1. |
Aktivlərin təsnifləşdirilməsi və qiymətləndirilməsi
üzrə metodologiyanın hazırlanması
xidmətləri |
-
Satınalan
təşkilatın fəaliyyət istiqamətləri üzrə maliyyə aktivləri (maliyyələşdirilmiş
ipoteka kreditləri, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə
verilməsi müqavilələri, dövlət qiymətli kağızları portfeli, depozit portfeli
və s.) və maliyyə öhdəliklərinin (sahibkarların müvəkkil banklardan manatla
aldıqları kreditlərə verilmiş zəmanətlər və s.) “Maliyyə alətləri” adlı
9 nömrəli Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS)
tələblərinə uyğun təsnifləşdirilməsi, qiymətləndirilməsi və ölçülməsi
qaydasının hazırlanması, o cümlədən; -
9 nömrəli
MHBS-in tələblərinə uyğun maliyyə
aktivləri və maliyyə öhdəliklərinin dəyərsizləşməsi və gözlənilən
kredit zərərlərinin hesablanması və qiymətləndirilməsi metodologiyasının və modelinin hazırlanması; -
Satınalan təşkilatın biznes
modellərinə uyğun maliyyə aktivləri və öhdəliklərinin dəyərsizləşməsi və
müvafiq ehtiyatların yaradılması metodologiyasının hazırlanması; -
gözlənilən
kredit zərərləri modelinin komponentlərinin hesablanması və istifadə ediləcək
məlumat bazasının qurulması; -
maliyyə
aktivinin dəyərsizləşməsi və ehtiyatların yaradılması ilə bağlı uçot və
hesabatlılıq sisteminin qurulması; -
Maliyyə
aktivlərinin və öhdəliklərinin dəyərsizləşməsi, ehtiyatların yaradılması və
modelin tətbiqi üzrə müvafiq tədrisin həyata keçirilməsi |
1 |
ədəd |
İştirak haqqı: 250 AZN
Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə
haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına
görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir
halda geri qaytarılmır.
İstifadə haqqı: 25 AZN
Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli
sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada
iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş
istifadə haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərlə
(podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat
mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) |
|||
Ülvi Xəlilov |
Xəzinədarlıq departamentinin Risklərin
idarə olunması şöbəsinin rəisi |
|
(+994 12) 498 18 01 (daxili 125) |
Tələb olunan iddiaçıların sayı: 3