19.09.2024

2024-2026-cı illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlər

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: 2024-2026-cı illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlər 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11 oktyabr 2024-cü il saat 10:00

Zərflərin açılış tarixi və vaxtı: 11 oktyabr 2024-cü il saat 10:00

 

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1.

2024-2026-cı illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlər 

1.    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 2024-2026-cı illər üzrə maliyyə fəaliyyətinin (Fondun hesabat ili yanvar ayının 1-dən başlanır və dekabr ayının 31-də başa çatır) illik auditinin aparılması;

2.    Fondda tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) müvafiqliyinin qiymətləndirilməsi;

3.    Fondun 31 dekabr 2024-cü il və növbəti hesabat tarixlərinə olan maliyyə hesabatlarının MHBS-ın əsas prinsiplərinə uyğunluğunun təsdiq edilməsi;

4.    MHBS və MUBS-a olan düzəlişlərin və yeni standartların Fondun mövcud uçot siyasətinə təsiri barədə tövsiyələrin verilməsi;

5.    Fondun maliyyə hesabatlarında əks olunan aktivlərinin və öhdəliklərinin təsnifləşdirilməsinin auditi, daxili reytinq dərəcələrinin qiymətləndirilməsi;

6.    Fondun gəlir və xərc maddələrinin auditi;

7.    Fondun MUBS-a görə bütün mümkün risklərinin, o cümlədən orta və uzunmüddətli likvidlik mövqeyinin qiymətləndirilməsi;

8.    Fondun kapital strukturunun təhlili; 

9.    Fondun vergi və digər dövlət orqanları qarşısındakı öhdəliklərinin araşdırılması və müəyyən olunması, Vergi Məcəlləsinə olan dəyişikliklərlə bağlı tövsiyələrin verilməsi;

 

1

ədəd

İştirak haqqı: 350  AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Fariz Axundov

 

Maliyyə departementinin direktoru

 

fariz.akhundov@mcgf.gov.az

 

 (+994 12) 498 18 01 (daxili 138)

 

 

 

Tələb olunan iddiaçıların sayı: 3