Satınalan təşkilatın adı: AZƏRBAYCAN
RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri,
Bül-bül prospekti 40
Satınalma
predmeti: Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə
yaşayış sahələri
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29 oktyabr
2024-cü il saat 10:00
Zərflərin açılış tarixi və vaxtı: 29 oktyabr 2024-cü
il saat 10:00
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
3. |
Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin
alınması |
1. Yaşayış
sahəsinə dair tələblər: -
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış
sahələrinin satınalınması Sumqayıt şəhəri üzrə həyata keçiriləcəkdir. -
Təqdim ediləcək yaşayış sahələri eyni binada (və
ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində)
yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir. -
Təchizatçılar tərəfindən təklif edilən yaşayış
sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış əsasında təqdim edilməlidir. -
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin
ümumi maksimal sayı 500 ədəd olmaqla, 250 ədəd 1 otaqlı, 200 ədəd 2
otaqlı, 50 ədəd 3-4 otaqlı olmalıdır. -
Yaşayış sahəsinin ümumi sahəsi 1
otaqlı 60-80 m2, 2 otaqlı 90-100
m2, 3-4 otaqlı 120-140
m2 olmalıdır. -
Yaşayış sahələri binada (və ya bina kompleksində)
yerləşən mənzillər olmalıdır. -
daxili hündürlüyü 2,8 metrdən az olmamalıdır. -
qapıların hündürlüyü 2,2 metr həddində olmalıdır. -
dəhliz və sanitar qovşaqlar xaric, hər bir otaq
üçün (studiya tipli mənzillərin mətbəxləri istisna olmaqla (bu tipli mənzillərdə
mətbəx qonaq otağı ilə birlikdə açıq tipli və ya üzərində havalandırma üçün
kiçik pəncərə quraşdırılmış arakəsmə ilə bölünmüş qapalı tipli ola bilər)) ən
azı 1 pəncərə mövcud olmalı və təbii işıqlandırma şəraiti təmin edilməlidir. -
soyuq su, elektrik və qaz təminatı üzrə elektron
və ya mexaniki sayğaclar quraşdırılmalıdır.
Qiymətlədirmə
mərhələsində Satınalan təşkilatın tələbi üzrə təklif edilən yaşayış
sahələrinə və yerləşdiyi bina və ya bina komplekslərinə yerində baxış
keçirilə bilər. 2. Yaşayış
binasına (və ya bina kompleksinə) dair tələblər: -
İştirakçılar
bina və ya bina kompleksinin inşa edildiyi ili, həyətyanı sahəsini, texniki
imkanlarını və yaşayış sahəsinə dair tələbləri müəyyən etməyə imkan verən təsdiqedici
sənədləri (müvafiq icra hakimiyyəti tərəfindən
təsdiq edilmiş layihə-tikinti sxeminin, Tikinti obyektinin istismarına icazəni
təsdiq edən sənədin, çertyojun və ya digər sənədlərin surətləri) təqdim edir. -
bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə
satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası
olmalıdır. -
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir. -
binanın (və ya bina kompleksinin) tikintisinə
icazə alınan torpaq sahəsi ipoteka ilə yüklü edilməməli, həbs altında
olmamalı və özgəninkiləşdirilməsinə qadağa qoyulmamalıdır; -
yaşayış sahələri təhvil verilərkən bina (və ya
bina kompleksi) tam hazır olmalıdır. Binanın (və ya bina kompleksinin) tam
hazır olması binanın (və ya bina kompleksinin) yan və daxili divarlarının,
dam örtüyünün, su anbarı da daxil olmaqla, binaya (və ya bina kompleksinə)
xidmət edən və binadan (və ya bina kompleksindən) ayrıca inşa edilən obyektlərin
tikintisinin bitməsi, su və elektrik xətlərinin çəkilməsi, pəncərələrin və
istilik təchizatı sistemlərinin quraşdırılması, habelə daxili suvaq
(malalama) və fasad işlərinin başa çatması, binanın (və ya bina kompleksinin)
ümumi əmlakı olan ərazilərin (mənzillərarası pilləkən meydançaları, pilləkənlər,
liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr,
çardaqlar, mühəndis qurğuları olan zirzəmilər (texniki zirzəmi), binanın
daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, habelə
mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqların yerləşdiyi ərazilər) tam
təmirli olması deməkdir. -
binada (və ya bina kompleksində) sakinlər üçün
avtodayanacaq mövcud olmalıdır. -
binaya təhlükəsiz və rahat giriş-çıxış təmin
edilməlidir; -
binada təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya,
isitmə, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri
nəzərdə tutulmalıdır. -
binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün
oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri
görülməlidir. -
bina (və ya bina kompleksi) yaşayış və nəqliyyat
infrastrukturuna yaxın olmalıdır.
3. Yaşayış
sahələrinin təmirinə dair tələblər: Yaşayış sahələri təhvil-təslim anında
tam təmirli olmalıdır: 1.1. Yaşayış
sahələrinin tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz
olunmuş vəziyyətə gətirilməsi müddəti satınalma müqaviləsi imzalandığı
tarixdən etibarən 12 aydan gec olmayaraq həyata keçirilməlidir; 1.2. dəhliz
– 1.2.1.
divarlar müasir materiallardan istifadə edilməklə hamarlanmalı, vinil və ya
flizilin divar kağızları ilə örtülməlidir; 1.2.2. döşəmə
səthi sement-qum məhlulu ilə hamarlanmalı və keramik plitələrlə örtülməlidir; 1.2.3. tavan
alçipanla üzlənməli və ya beton səthin üzəri müasir materiallardan istifadə
edilməklə hamarlanmalı, ağ rənglə rənglənməli və dekorativ künclərə malik
olmalıdır; 1.2.4.
plintuslar 5÷8 sm hündürlükdə plastik və ya keramik olmalıdır; 1.3. yaşayış
otaqları (qonaq və yataq), anbar – 1.3.1.
divarlar müasir materiallardan istifadə edilməklə hamarlanmalı, vinil və ya flizilin
divar kağızları ilə örtülməlidir; 1.3.2. döşəmə
4*5 və ya 5*5 sm-lik laqa ilə toxunmalı (laqalar arası məsafə 35 sm-dən çox
olmamalıdır), üzəri 15 mm-lik diktlə qapanmalı və 32-ci və ya 33-cü sinif 8
mm qalınlığı olan laminatla örtülməlidir; 1.3.3. pəncərələrin
kənarları müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rəngdə rənglənməli
və pəncərə altı lövhələr isə ağ rəngdə plastik materialdan olmalıdır; 1.3.4. tavan
alçipanla üzlənməli və ya beton səthin üzəri müasir materiallardan istifadə
edilməklə hamarlanmalı, ağ rənglə rənglənməli və dekorativ künclərə malik
olmalıdır; 1.3.5.
plintuslar 5÷8 sm hündürlükdə plastik və ya rənglənmiş MDF materialdan
olmalıdır; 1.3.6.
otaqlararası qapılar laminat taxta və ya rənglənmiş MDF materialından
hazırlanmalı, bütün qapılar eyni növ və marka, habelə rəng və eyni cür
naxışlarla olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində
olmalıdır; 1.4. mətbəx
– 1.4.1. divarlar müasir materiallardan
istifadə edilməklə hamarlanmalı, vinil və ya flizilin divar kağızları ilə
örtülməlidir; 1.4.2. mebel
yığılacaq divara su və kürəbənd xətləri çəkilməlidir; 1.4.3. döşəmə
4*5 və ya 5*5 sm-lik laqa ilə toxunmalı (laqalar arası məsafə 35 sm- dən çox
olmamalıdır), üzəri 15 mm-lik diktlə qapanmalı və 32-ci və ya 33-cü sinif 8
mm qalınlığı olan laminatla örtülməlidir; 1.4.4. pəncərələrin
kənarları müasir materiallardan istifadə edilməklə hamarlanmalı, ağ rəngdə rənglənməli,
pəncərə altı lövhələr isə ağ rəngdə plastik materialdan olmalıdır; 1.4.5. tavan
alçipanla üzlənməli və ya beton səthin üzəri müasir materiallardan istifadə
edilməklə hamarlanmalı, ağ rənglə rənglənməli və dekorativ künclərə malik
olmalıdır; 1.4.6.
plintuslar 5÷8 sm hündürlükdə plastik və ya rənglənmiş MDF materialından
olmalıdır; 1.4.7. qapı
laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı, birtaylı
olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində olmalıdır; 1.5. sanitar
qovşaq (layihədən asılı olaraq 3 və 4 otaqlı mənzillər üçün nəzərdə tutulur)
– 1.5.1.
divarlar və döşəmə keramik plitələrlə örtülməlidir; 1.5.2.
qapılar laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı və otaq
qapıları ilə eyni olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində
olmalıdır; 1.5.3. tavan
açıq rəngli asma metal plitələrdən yığılmalıdır; 1.5.4.
quraşdırılacaq sanitar avadanlıqlar (unitaz, gigiyenik duş, tülpan (su
çanağı) və ya moydadır, su qarışdırıcı krant və güzgü) olmalıdır; 1.5.5. hər
bir su qarışdırıcı (smestitel) krant və gigiyenik duş ayrıca isti və soyuq su
xətləri ilə təmin edilməli, isti və soyuq su xətləri Ø25mm-lik plastik fiber
borularla çəkilməlidir; 1.5.6. döşəmədə
yığılan suyun axınını təmin etmək üçün unitazın yan tərəfində, gigiyenik
duşun alt hissəsində su axıdıcı süzgəc (trap) qoyulmalıdır; 1.6. vanna
otağı (1 və 2 otaqlı mənzillərdə yalnız bir vanna otağı, layihədən asılı
olaraq 3 və 4 otaqlı mənzillərdə bir və ya iki vanna otağı ola bilər – əgər
layihədə vanna otaqlarından birinin qapısı yataq otağına açılarsa, bu zaman mənzildə
yalnız iki vanna otağı, əks halda
bir ədəd vanna otağı və bir ədəd sanitar qovşaq təmir olunmalıdır) – 1.6.1.
divarlar və döşəmə keramik plitələrlə örtülməlidir; 1.6.2. tavan
açıq rəngli asma metal plitələrdən yığılmalıdır; 1.6.3. duş
kabin (duşaltı vanna (paddon) ilə birlikdə), su qarışdırıcı (smestitel) krant
və duşla təchiz olunmalıdır; 1.6.4.
unitaz, gigiyenik duş, tülpan (su çanağı) və ya moydadır, su qarışdırıcı
krant, güzgü və dəsmal quruducusu ilə təchiz olunmalıdır; 1.6.5. hər
bir su qarışdırıcı (smestitel) krant və gigiyenik duş ayrıca isti və soyuq su
xətləri ilə təmin edilməlidir, isti və soyuq su xətləri Ø25mm-lik plastik
fiber borularla çəkilməlidir; 1.6.6. qapı
laminat taxta və ya rənglənmiş MDF materialından hazırlanmalı və otaq
qapıları ilə eyni olmalı, qapı kənarları və qapı bloku isə qapının rəngində
olmalıdır; 1.7.
eyvanlar və lociyalar – 1.7.1.
divarlar və tavan üzrə işləmələr binanın (bina kompleksinin) fasadına uyğun
olmalıdır; 1.7.2. döşəmə
səthi sement-qum məhlulu ilə hamarlanmalı, su axıdıcı süzgəc (trap) qurulmalı
və keramik plitələrlə örtülməlidir; 1.8. layihə
üzrə sanitar qovşaqların və vanna otaqlarının döşəmə və divarları
hidroizolyasiya ilə təmin edilməlidir (divarda hidroizolyasiya işləri bütün
perimetr boyu döşəmədən ən azı 30 sm səviyyəsinə kimi aparılmalıdır); 1.9. döşəmədə
plitədən laminata keçid yerlərdə dekorativ astanalar qoyulmalıdır; 1.10.
sanitar qovşaqlarda mənzilə giriş su xəttinin üzərində krant
quraşdırılmalıdır; 1.11.
sanitar qovşaqlarda və vanna otaqlarında hava sorucular və aydınlatma üçün
spotlar quraşdırılmalıdır; 1.12. mənzilin
girişində istifadəsi rahat olan divarda paylayıcı elektrik paneli qurulmalı,
paneldən elektrik xətlərinin paylanması ayrı-ayrılıqda sığortalar üzərindən
qoşulmalıdır. Elektrik xətləri gizli çəkilməli (mənzilə giriş naqili 6 və ya
10 mm-lik, kondisioner üçün çəkilmiş
naqil 4 mm-lik, rozetkalar üçün çəkilmiş naqil 2.5 mm-lik və aydınlatma üçün
çəkilmiş naqil isə 1.5 mm-lik olmalıdır), elektrik ucluqlarının qurğuları
(elektrik açarları və elektrik rozetkaları) quraşdırılmalı, həmçinin hər bir
otaqda kondisioner üçün daxili elektrik panelindən ayrıca sığorta ilə təchiz
olunmaqla elektrik naqilləri çəkilməlidir, girişdə zəif axın paylayıcı paneli
qurulmalı, panel üzərindən damafon xətti, mətbəxə və hər bir otağa və girişə
ucluğunda TV və RJ rozetkası qoyulmaqla gizli olaraq TV və internet xətləri
verilməlidir (elektrik və zəif axın xətlərinin çəkiləcəyi nöqtələr mənzilin
planı üzərində qeyd olunmaqla əvvəlcədən Satınalan təşkilatla
razılaşdırılmalıdır); 1.13.
yaşayış sahələri kombi bölməli-radiator isitmə sitemi ilə təchiz olunmalıdır. Yaşayış sahəsində
kombi qurğusu qurulmalı, kombi bölməli-radiator arası əlaqə Ø25mm-lik plastik
fiber borular vasitəsilə çəkilməlidir. Quraşdırılacaq sistem, istilik gücü
hesabatına (bölməli-radiator
üçün hesabat: S otaq sahəsi*90/123 =Rbölmələr sayı) uyğun olaraq aşağıdakı
kimi olmalıdır: Kombi qurğusunun gücü ən azı 24 kVt-lıq, radiator bölmələrinin
sayı isə: 5 kv.metrlik otaq üçün 4 bölməli, 10 kv.metrlik otaq üçün 7 bölməli,
15 kv.metrlik otaq üçün 11 bölməli, 20 kv.metrlik otaq üçün 15 bölməli, 25
kv.metrlik otaq üçün 18 bölməli, 30 kv.metrlik otaq üçün 22 bölməli-
radiatorlar quraşdırılmalıdır.
4. Satmaq
öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satınalması
aşağıdakı mərhələlərdən ibarətdir: -
Satınalma müqaviləsi imzalandığı tarixdən etibarən
yaşayış sahələri təmirli qayda Satınalan təşkilata 12 aydan gec olmayaraq təhvil
verilməlidir. -
Satınalma müqaviləsi imzalandığı tarixdən etibarən
1 aydan gec olmayaraq qalib təchizatçı yaşayış sahələrinə dair mülkiyyət sənədinə
müvafiq olaraq hər bir yaşayış sahəsini mülki qanunvericiliyə uyğun olaraq
nisyə alqı-satqı müqaviləsinə əsasən Satınalan təşkilatın mülkiyyətinə verir.
-
Yaşayış sahələrinin dəyəri hər bir yaşayış sahəsi
üzrə hissəvi qaydada mülki qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanarkən
notariusun depozit hesabına Satınalan təşkilat tərəfindən ödənilməklə həyata
keçirilir. Qiymət təklifində aşağıda qeyd olunanlar əlavə
olunmalıdır: -
Mənzillərin 1 kv.m qiyməti qeyd edilməlidir; -
Mənzillərin hüquqmüəyyənedici sənəddə (mülkiyyət
hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyesterindən çıxarış) qeyd
olunan ümumi sahəsi, o cümlədən mənzillərin təmiri nəzərə alınmaqla 1 kv.m üzrə qiymət təklifi
təqdim olunmalıdır; -
Daşınmaz əmlak bazarında real satış təcrübəsinin xarici perimetrlə (kənar divarların mərkəzi
oxdan ölçülməsi ilə) həyata keçirildiyini nəzərə alaraq məlumat və müqayisə məqsədilə
qiymət təklifinizdə həmçinin mənzillərin təmirli xarici perimetrlə 1
kv.m üzrə təklif olunan qiyməti də əlavə
olunması xahiş olunur; -
Qalib təchizatçı ilə satınalma müqaviləsi
bağlandıqda nisyə alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl, təchizatçı təqdim
edəcəyi hər bir mənzilin bazar qiymətinin müəyyən edilməsi üçün mənzilin
Satınalan təşkilatın müvəkkil təşkilatlarının
siyahısına daxil olan müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsinin
həyata keçirilməsini təmin etməli və qiymətləndirmənin nəticələri haqqında tərtib
edilən hesabatı Satınalan təşkilata təqdim etməlidir. -
Mənzillərin dəyəri hissəvi qaydada ödəniləcəkdir.
Mənzillər üzrə nisyə alqı-satqı müqaviləsi bağlandıqda ödənişin 1-ci hissəsi
olan mənzillərin dəyərinin 90 faizi ödəniş
edilir. Mənzilin təmir vəziyyəti Satınalan təşkilatın təmirə dair tələblərinə
uyğunlaşdırılmaqla təqdim edildikdə ödənişin 2-ci hissəsi olan qalıq məbləğ
ödənilir. -
Yaşayış sahələrinin nisyə alqı-satqı müqaviləsi
bağlanarkən vergi, dövlət rüsumu, notarial və digər xərclər, o cümlədən
daşınmaz əmlakın icbari sığortası ilə bağlı xərclər qalib təchizatçı tərəfindən
ödənilir. |
40000 |
kv.m |
İştirak haqqı: 10 000 AZN
Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə
haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına
görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir
halda geri qaytarılmır.
İstifadə haqqı: 25 AZN
Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli
sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada
iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş
istifadə haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərlə
(podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat
mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) |
|||
Adil Sadıqov |
Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi |
adil.sadigov@mcgf.gov.az |
(+994 12) 498 18 01 (daxili 226)
|
Tələb olunan iddiaçıların sayı: 3