30.08.2024

İnternet saytın yaradılması xidmətləri

İnternet saytın yaradılması xidmətləri 

 

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: İnternet saytın yaradılması xidmətləri   

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.09.2024 10:00

Zərflərin açılış tarixi və vaxtı: 25.09.2024 10:00

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1.

İnternet saytın yaradılması xidmətləri  

1)    Layihələndirmə:

a)  Satınalan təşkilat və təchizatçı tərəfindən layihəyə cavabdeh şəxslərin təyin edilməsi;

b)  Xidmətlərin göstərilməsi qrafikinin hazırlanması;

c)  Saytın strukturu və funksionallıqlarının dəqiqləşdirilməsi.

2)    Texniki icra:

a)  İlkin dizaynın müzakirəsi və dəqiqləşdirilməsi

b)  Dizaynın son versiyasının hazırlanması (icraçı tərəfindən hazırlanmalı, sifarişçi tərəfindən təsdiq edilməlidir);

c)  Saytda yerləşdiriləcək bütün mətnlərin, şəkillərin və digər materialların icraçıya təqdim edilməsi;

d)  “HTML” kodun (bölgünün) Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) tələblərinə uyğun hazırlanması;

e)  Proqram təminatının XRİTDX-in tələblərinə uyğun hazırlanması;

f)    Materialların emalı və müvafiq bölmələrə əlavə edilməsi.

3)    Sazlama və yekunlaşdırma:

a)  Saytın ilkin testi və nasazlıqların aradan qaldırılması;

b)  Saytın satınalan təşkilat tərəfindən yoxlanılması;

c)  Təchizatçı tərəfindən qeyd edilmiş düzəlişlərin araşdırılması və aradan qaldırılması;

d)  Saytın XRİTDX tərəfindən yoxlanılması;

e)  Təchizatçının XRİTDX tərəfindən qeyd edilmiş düzəlişləri araşdırması və aradan qaldırması;

f)    Saytın XRİTDX serverlərində yerləşdirilməsi;

g)  CMS modulu üzrə treninq.

4)    Texniki dəstək:

Xidmətlər Satınalan təşkilat tərəfindən qəbul edildikən sonra 1 il ərzində texniki dəstəyin göstərilməsi, tələb olunan yeni bölmə və funksionallıqların yaradılması.

1

ədəd

İştirak haqqı: 68,75 AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Mətin Hacıyev

İnformasiya texnologiyaları departamentinin direktoru

matin.hajiyev@mcgf.gov.az

 

(+994 12) 498 18 01 (daxili 133)