22.08.2024

İnzibati binanın və avadanlıqların sığortalanması

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: İnzibati binanın və avadanlıqların sığortalanması

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17 sentyabr 2024-cü il saat 10:00

Zərflərin açılış tarixi və vaxtı: 17 sentyabr 2024-cü il saat 10:00

 

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1.

Daşınmaz əmlakın icbari sığortası

İnzibati bina Bakı şəhəri Bül-bül prospekti 40 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının (binanın tikilmə tarixi 2011-ci ildir) 4 və 5-ci mərtəbəsində olan 2 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarətdir:

4 və 5-ci mərtəbədə yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi Sifarişçinin mülkiyyətindədir (müvafiq çıxarışların surətləri əlavə olunur) və sığorta məbləği 4480875,00 AZN dəyərində olmalıdır. Dövlət Reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 1991,50 kv. metrdir.

İnzibati binada mərkəzi istilik (qazanxana), ventilyasiya və hava soyutma sistemləri mövcuddur.

* Bu bölmə üzrə Fondun inzibati binasının yalnız 4 və 5-ci mərtəbəsində olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin sığortalanması nəzərdə tutulmuşdur.

3

il

2.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

İnzibati binanın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə şərtlər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. İnzibati binanın istismarına inzibati binanın ərazisində o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi də daxildir.

* Bu bölmə üzrə Fondun inzibati binasının 4 və 5-ci mərtəbəsində olan 2 mərtəbəli qeyri-yaşayış sahəsi, Fondun inzibati binası yerləşən binanın 3-cü mərtəbəsində istifadədə olan ofis (mülkiyyətçi-ƏSF); 3-cü mərtəbəsində istifadədə olan ofis (mülkiyyətçi- Mahmudov Anar Eldar oğlu); 2-ci mərtəbəsində istifadədə olan ofisin (mülkiyyətçi- Nəcəfov İlham Hidayət oğlu) sığortalanması nəzərdə tutulmuşdur.

3

il

3.

Daşınar əmlakların könüllü sığortası

Sifarişçinin inzibati binasında yerləşən daşınar əmlakın sığorta məbləği 29 277.13 AZN dəyərində olmalıdır. Daşınar əmlak kompyuter və rabitə avadanlıqları və mebel və digər avadanlıqlardan ibarətdir. Kompyuter və rabitə avadanlıqları üzrə minimal sığorta məbləği 10 443.26 AZN, mebel və digər avadanlıqlar üzrə 18 833.87  AZN olmalıdır. Azadolma məbləği nəzərdə tutulmamalıdır.

Sığorta olunan daşınar əmlak Fondun inzibati binasının yerləşdiyi çoxmənzilli yaşayış binasının 2-5-ci mərtəbələrindəki daşınar əmlakdan ibarətdir.

Daşınar əmlak sığortası minimum aşağıdakı sığorta risklərini ehtiva etməlidir:

- yanğın, ildırım düşməsi;

- məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

- elektrik naqillərində baş verən qısa qapanma;

- buxar  qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

- su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

- yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

- təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

üçüncü şəxslərin hərəkətləri.

3

il

İştirak haqqı: 36,09  AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

 

Fərid Əsgərov

 

 

Təchizat departamentinin direktor müavini- Təsərrüfat şöbəsinin rəisi

 

farid.asgarov@mcgf.gov.az

 

(+994 12) 498 18 01 (daxili 111)

 

 

Tələb olunan iddiaçıların sayı: 3