“12” avqust 2024-cü il tarixində “Fitch Ratings” beynəlxalq reytinq agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinədək yüksəldilib. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması Fond ilə dövlət arasında möhkəm əlaqənin olması və onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.