14.12.2009

Təmin edilmiş istiqrazlar üzrə ilk faiz ödənişi həyata keçirilmişdir

       Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazları üzrə 14 dekabr 2009-cu il tarixində (ödəniş günü 13 dekabr 2009-cu il tarixi qeyri iş gününə təsadüf etdiyindən, əməliyyat növbəti günə keçirilmişdir) ilk faiz ödənişi həyata keçirilmişdir.
       Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 55 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3% təşkil edir. İstiqrazların ödənmə tarixi – 10 may 2016-cı ildir. Bu istiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılmışdır və bu günədək 44 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.