30.04.2024

Şəbəkə kommutatorları

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: Şəbəkə kommutatorları

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 3 iyun 2024-cü il saat 10:00

Zərflərin açılış tarixi və vaxtı: 3 iyun 2024-cü il saat 10:00

 

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1.

Şəbəkə kommutatorları

Sviç tip (növ) №1 və üzərində əlavə olaraq Fiber Optik modulu (növ) №1(14 ədəd) və Fiber Optik modulu (növ) №2(4 ədəd)

İstehsalçı tərəfindən beş illik zəmanət, quraşdırma və sazlama failover rejimində.

Sviç (Kommutator) 24 port 25G/10G/1G SFP28 dəstəkləməlidir və 2,000 Gbps, 1488 Mpps kommutasiya qabiliyyətinə və ötürmə sürətinə uyğun olmalıdır.                                                                                

Sviçdə (kommutatorda) 16 GB RAM və 16 GB Flash olmalıdır

Sviç (kommutator) minimum 32K MAC ünvanına malik olmalıdır.

Sviçdə (kommutatorda) ən azı 1 Tbps stek ötürmə qabiliyyətinə (bant genişliyinə) malik olan və stekdə minimum 8 sviç üçün ayrılmış stek portlar və kabel daxili slot/portlar (uplink-lər istisna olmaqla) olmalıdır.

Sviç (kommutator) 32000 IPV4 və 19,500 IPV6 marşrutlaşdırma girişini dəstəkləməlidir.

Sviç (kommutatorda) 50sm stek kabeli olan minimum 1 stek modulu olmalıdır

Sviçdə (kommutatorda) 2 enerji təchizatı olmalıdır

Sviç (kommutator) minimum 1000 kommutasiya edilmiş virtual Interfeysləri dəstəkləməlidir.

Sviç (kommutator) 9198 baytlıq Jumbo kadr paketini dəstəkləməlidir.

Ümumi Xüsusiyyətləri

Təklif edilən sviç (kommutator) x86 əsaslı CPU arxitekturasına malik enterprise səviyyəli sviç olmalıdır.

Layer 2, Routed Access (RIP, EIGRP Stub, OSPF - 1000 routes), PBR, PIM Stub Multicast (1000 routes), PVLAN, VRRP, PBR, CDP, QoS, FHS, 802.1X, MACsec-128, CoPP, SXP, IP SLA Responder

Təklif edilən sviç (kommutator) proqram təminatı ilə müəyyən edilmiş şəbəkəni dəstəkləməlidir və ən azı eyni OEM-in SDN kontrolleri ilə asanlıqla inteqrasiya edə bilməlidir.

Sviçin (kommutatorun) unikal, təhlükəsiz identifikasiyası olmalıdır ki, onun orijinallığı və mənşəyi OEM tərəfindən yoxlanıla və təsdiqlənə bilsin.

BİOS konfiqurasiya etmək (dəyişdirmək) üçün bütövlüyünü (tamlığı) təmin etmək üçün proqram təminatı image kriptoqrafik şəkildə imzalanmalıdır və sviç (kommutator) istifadəçinin imtiyaz səviyyəsindən asılı olmayaraq dəyişdirilmiş proqram təminatı ilə yükləməməlidir.

Sviç (kommutator) minimum 16 K netFlow/sflow/jflow girişləri ilə tətbiqin görünməsini və trafikin monitorinqini dəstəkləməlidir.

Daxil olan sviçin (kommutatorun) asanlıqla müəyyən edilməsi üçün sviç (kommutator) həm ön, həm də arxa işıq diodlarını dəstəkləməlidir.

Yüksək əlçatanlıq və nasazlığa qarşı davamlılıq

Sviç (kommutator) nasazlığa davamlı (rezerv) fanları dəstəkləməlidir.

Sviç (kommutator) daxili quraşdırılmış event (hadisə) manager skriptlərini dəstəkləməlidir.

L2 Xüsusiyyətləri

Konfiqurasiya və səhvləri minimuma azaltmaq üçün sviç (kommutator) Automatic Negotiation of Trunking protokolu dəstəkləməlidir.

Sviç (kommutator) IEEE 802.1Q VLAN inkapsulyasiyasını dəstəkləməlidir.

Sviç (kommutator) sürətli konvergenisya üçün Spanning-tree PortFast və PortFast təhlükəsizliyini dəstəkləməlidir.

Şəbəkənin ümumi dayanıqlığını və etibarlılığını yüksəltmək, sürətli əvəzlənməni təmin etmək üçün sviç (kommutator) UplinkFast və BackboneFast texnologiyalarını dəstəkləməlidir.

Digər kənar sviçlərin root bridge-ə çevrilməsinin qarşısını almaq üçün sviç (kommutator) Spanning-tree root qorunmasını dəstəkləməlidir

Səs trafikini ayrıca VLAN-a yönləndirməklə IP telefoniyanın quraşdırılmasını sadələşdirmək üçün sviç (kommutator) səsli VLAN-ı dəstəkləməlidir

Sviç ötürmə qabiliyyətini optimallaşdırmaq üçün yarım və ya tam dupleks ötürmə rejimini avtomatik seçmək üçün bütün portlarda Auto-negotiation funksionallığı dəstəkləməlidir.

Yanlış tipli kabel (krossover və ya düz) quraşdırılıbsa, sviç (kommutator), ötürücü və qəbul cütlərini avtomatik konfiqurasiya etmək üçün ötürmə mühitindən asılı olaraq (MDIX) interfeysin avtomatik cossover (çarpaz) bağlantını dəstəkləməlidir. 

Sviç (kommutator) Fiber optik interfeyslərdə səhv kabel və ya port xətaları nəticəsində yaranan bir istiqamətli bağlantıları aşkar etmək və söndürmək üçün bir İstiqamətli Bağlantı Aşkarlama Protokolunu (Unidirectional Link Detection Protocol (UDLD) və Aqressiv UDLD-ni dəstəkləməlidir.

Sviç (kommutator) IGMP v1, v2 Snooping-i dəstəkləməlidir.

Sviç (kommutator) IPv4 and IPv6T dəstəkləməlidir. Sviç (həm IPv4, həm də IPv6 Şəbəkəsində) platforma, IP ünvanı, qoşulmuş Link və sair haqqında ətraflı məlumat təqdim edən qonşu cihaz aşkar edə bilməlidir, bunlar da bağlantı problemlərini həll etməyə köməl edəcək.

Şəbəkə təhlükəsizliyi xüsusiyyətləri

Sviç (kommutator) istifadəçi identifikasiyanı, avtorizasiyanı və CoA təmin edən IEEE 802.1x-i dəstəkləməlidir.

Telnet və SNMP sessiyaları zamanı administrator trafikini şifrələməklə şəbəkə təhlükəsizliyini təmin etmək üçün sviç (kommutator) SSHv2 və SNMPv3-ü dəstəkləməlidir.

Sviçin mərkəzləşdirilmiş idarə edilməsini təmin etmək və icazəsiz istifadəçilərin konfiqurasiyanı dəyişməsinin qarşısını almaq üçün sviç TACACS+ və RADIUS autentifikasiyasını dəstəkləməlidir.

Şəbəkəyə əlavə edilmiş və ya şəbəkədən kənarlaşdırılan istifadəçilər barədə administratorlara məlumat vermək üçün sviç (kommutator) MAC ünvanı bildirişini dəstəkləməlidir.

Sviç (kommutator) MACSec-128-i dəstəkləməlidir.

Sviç (kommutator) 802.1p Class of Service (CoS) və Differentiated Services Code Point (DSCP) sahə təsnifatını, Shaped Round Robin (SRR) planlamasını, Committed Information Rate (CIR), və hər port üçün səkkiz çıxış növbəsini dəstəkləməlidir.

Sviç optimallaşdırılmış telemetriya və görmə qabiliyyətini dəstəkləməlidir: ERSPAN, AVC (NBAR2), app hosting (in containers/VMs), Wireshark

Sertifikatlar

Environmental - Reduction of Hazardous Substances (ROHS) 5

İşləmə Temperatur Aralığı

● -5ºC to +45ºC, 5000 feet (1500m) qədər

Smart operation

Cihazı təmin etmək, cihazın yerləşdirilməsi və idarə oluna bilməsini asanlaşdırmaq üçün quraşdırılmış GUI əsaslı cihaz idarəetmə aləti kimi istifadə ediləcək WebUI. WebUI konfiqurasiyaları qurmaq və CLI təcrübəsi olmadan cihazı izləmək və problemləri həll etmək üçün istifadə edilməlidir

Sviçlərdə (kommutatorda) RFID oxuyucularından istifadə edərək aktivlərin və inventarların idarə edilməsini asanlaşdıran daxili RFID etiketi olmalıdır.

Sviç (kommutator) daxil olan sviçlərin asanlıqla müəyyən edilməsi üçün həm ön, həm də arxa mavi mayak LED-ləri dəstəkləməlidir.

İdarəetmə portu veb interfeysi və ya əmr xətti interfeysindən (Command-Line Interface CLI) istifadə edərək konfiqurasiya və problemlərin aradan qaldırılması, həmçinin şəkillərin və konfiqurasiyaların ötürülməsi üçün istifadə edilə bilməlidir.

İstehsalçı tərəfindən rəsmi zəmanət (8x5 NBD) 5 illik olmalıdır.

Hər Sviçin 14 ədəd 1000BASE-T SFP modulu (Fiber Optik modulu (növ) №1) olmalıdır:

Form Faktoru: SFP

Bağlayıcı: RJ-45

Media: Mis

Ümumi Xüsusiyyətlər

Sviçin SFP portuna qoşulan isti dəyişdirilə (Hot-swappable) bilən giriş/çıxış cihazı olmalıdır (quraşdırarkən və ya dəyişdirərkən enerjini söndürməyə ehtiyac olmamalıdır).

Güclü diaqnostika imkanları üçün Rəqəmsal optik monitorinq qabiliyyətini dəstəkləməlidir

Standart 5-ci Kateqoriya olan mühafizəsiz burulmuş cüt mis kabellər 100 m (328 fut) uzunluğa qədər keçidi dəstəkləməlidir.

Təklif olunan modul təqdim olunan sviçlərlə eyni OEM istehsalçısından olmalıdır.

Qaydalara və standartlara uyğunluq

IEC 60603-7: 2000: RJ-45 bağlayıcıları üçün ümumi tələblər

İstehsalçı tərəfindən rəsmi zəmanət 5 illik olmalıdır.

Hər Sviç 4 dənə 10GBASE SFP+ modulu (Fiber Optik modulu (növ) №2) olmalıdır:

Form Faktoru: SFP+

Bağlayıcı: Duplex LC

Media: MMF

Dalğa uzunluğu: 850nm

Ümumi Xüsusiyyətlər

Sviçin SFP+ portuna qoşulan isti dəyişdirilə (Hot-swappable) bilən giriş/çıxış cihazı olmalıdır (quraşdırarkən və ya dəyişdirərkən enerjini söndürməyə ehtiyac olmamalıdır)

Güclü diaqnostika imkanları üçün Rəqəmsal optik monitorinq qabiliyyətini dəstəkləməlidir.

Eyni linkdə 10GBASE XENPAK, 10GBASE X2 və 10GBASE XFP interfeysləri ilə Optik qarşılıqlı uyğunluğu (bağlantını) dəstəkləməlidir.

Standart Fiber Paylanmış Məlumat İnterfeysi dərəcəli Multimode Fiber (MMF) üzərində 400 m keçid uzunluqlarını

Ötürmə Gücü (dBm) dəstəkləməlidir: (Maksimum - Minimum): -1,2 - -7,3

Qəbul Gücü (dBm) dəstəkləməlidir (Maksimum - Minimum): 1,0 - -9,9

Təklif olunan modul təqdim olunan sviçlərlə eyni OEM istehsalçısından olmalıdır.

Qaydalara və standartlara uyğunluq

GR-20-CORE: Optik Fiber və Optik Fiber Kabel üçün Ümumi Tələblər

GR-326-CORE: Single Mode optik birləşdiricilər və keçid qurğuları üçün ümumi tələblər

GR-1435-CORE: Multifiber Optik Bağlayıcılar üçün Ümumi Tələblər

IEEE 802.3: 10-Gigabit Ethernet

ITU-T G.709: Optik Transport Şəbəkəsi üçün interfeyslər

ITU-T G.975: GFEC

ITU-T G.975.1: EFEC

SFP+ MSA SFF-8431 (Optik Modullar, Aktiv Optik Kabellər və Passiv Twinax kabelləri)

SFP+ MSA SFF-8461 (Aktiv Twinax kabelləri)

Laser Class 1 21CFR-1040 LN#50 7/2001

Laser Class 1 IEC60825-1

İstehsalçı tərəfindən rəsmi zəmanət 5 illik olmalıdır.

2

ədəd

İştirak haqqı: 250 AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Mətin Hacıyev

İnformasiya texnologiyaları departamentinin direktoru

matin.hajiyev@mcgf.gov.az

 

(+994 12) 498 18 01 (daxili 133)

 

Tələb olunan iddiaçıların sayı: 3