19.03.2024

“Elektron ipoteka və kredit zəmanət” sisteminin yenilənməsi üzrə konsaltinq xidmətləri

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Satınalma predmeti: “Elektron ipoteka və kredit zəmanət” sisteminin yenilənməsi üzrə konsaltinq xidmətləri

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.04.2024 10:00

Zərflərin açılış tarixi və vaxtı: 19.04.2024 10:00

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1.

“Elektron ipoteka və kredit zəmanət” sisteminin yenilənməsi üzrə konsaltinq xidmətləri

1.    Mövcud Sistemin funksional və sistem imkanlarının təhlili

·         Mövcud Sistemin funksional və sistem imkanlarının təhlili

·         Mövcud sistem arxitekturasının təhlili, o cümlədən Biznes arxitekturası, məlumat arxitekturası, tətbiq arxitekturası, texnoloji arxitekturası, təhlükəsizlik arxitekturası, inteqrasiya arxitekturası və təqdimat arxitekturası.

·         Mövcud Sistem sənədlərini və təlimatlarını öyrənmək.

Cari Sistemin son funksional və texniki spesifikasiyasına dair geniş arayışın təqdim edilməsi.

2.    Yeni sistemin funksional və sistem tələblərinin müəyyən edilməsi

·         Yeni Sistem üçün funksional və sistem tələblərini müəyyən etmək, təhlil etmək və reallaşdırmaq.

·         Biznes arxitekturası, məlumat arxitekturası, tətbiq arxitekturası, texnoloji arxitekturası, təhlükəsizlik arxitekturası, inteqrasiya arxitekturası və təqdimat arxitekturası daxil olmaqla sistemin hədəf arxitekturalarını müəyyənləşdirmək.

·         Sistemin ehtiyat mərkəzindəki arxitekturasını müəyyənləşdirmək.

·         Sistemin dəstək xidmətləri ilə bağlı (SLA) tələbləri müəyyən etmək.

Yeni Sistemin funksional və texniki spesifikasiyasının təqdim edilməsi.

3.Yeni Sistemin işlənib hazırlanması və tətbiqi üçün icraçının (inteqratorun) seçilməsində köməklik

·         Potensial təchizatçı üçün tələbləri və seçim meyarlarını hazırlamaq.

·         Təchizatçıların seçimi zamanı müzakirələrdə və qiymətləndirilmə mərhələsində Fonda müvafiq tövsiyələr vermək və satınalma komissiyasına cəlb edilmiş ekpert qismində rəy vermək.

·         Təchizatçıların seçim tələbləri və seçim meyarları sənədinin təqdim edilməsi.

·         Müqavilə danışıqları prosesində riskləri qiymətləndirərək və tövsiyələr verməklə seçilmiş təchizatçı ilə müqavilənin tərtibatında dəstək vermək.

4. Yeni Sistemin işlənib hazırlanması (qurulması) və tətbiqinin keyfiyyətinin təmin edilməsi

·         Seçilmiş təchizatçının layihənin idarə edilməsi fəaliyyətinin mütəmadi nəzərdən keçirilməsi.

·         Bütün aralıq nəticələrin nəzərdən keçirilməsi və layihənin bütün mərhələlərinin görüşlərində iştirak edilməsi.

·         Fondun rəhbərliyi üçün müntəzəm olaraq (aylıq) və ya əlavə tələb edildikdə status hesabatlarının verilməsi.

·         AR Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 485 nömrəli qərarına əsasən işlərin icrası və tələb olunan sənədlər toplusunun hazırlanması.

·         Müntəzəm olaraq yeni sistemin inkişafı statusu hesabatlarının təqdim edilməsi.

5. Yeni Sistemin qəbul sınaqlarının keçirilməsi

·         Qəbuldan əvvəl funksional test.

·         Stress test.

·         Yüklənmə testi.

·         Mənbə kodunun statik və dinamik təhlükəsizlik testi.

·         Penetrasiya testi (ağ və qara qutu)

·         Yeni Sistemin qəbulundan əvvəl sınaq hesabatlarının təqdim edilməsi.

2

il

İştirak haqqı: 450 AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Mətin Hacıyev

İnformasiya texnologiyaları departamentinin direktoru

matin.hajiyev@mcgf.gov.az

 

(+994 12) 498 18 01 (daxili 133)

 

Tələb olunan iddiaçıların sayı: 3