01 mart 2024-cü il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50,000,000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının
yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə
yerləşdirilmişdir.
Mərkəzi Bank
tərəfindən “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı,
faizli istiqrazlarının Emissiya prospekti 09 fevral 2024-cü il tarixində qeydə alınmışdır. Emissiyanın
ümumi həcmi 50,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000
AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.
Emissiya prospektinə
əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi
ilə keçirilmişdir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.