03.11.2009

Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı

Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından 01 noyabr 2009-cu il tarixinədək 1400 nəfərə yaxın vətəndaşa ümumi həcmi 59 mln. manat təşkil edən ipoteka krediti verilmişdir.
 
2009-cu ilin oktyabr ayında  12 mln. manat məbləğində ipoteka krediti verilmiş, 300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırmışdır. 

Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 mln.manatı keçmişdir. Nəticədə 3400-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olmuşdur.