2023-cü il 26 dekabr tarixində Bakı
Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 30,000,000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının
yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti
ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.
Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondu”nun sənədsiz adlı, faizli ipoteka
istiqrazlarının Emissiya prospekti 18 dekabr 2023-cü il tarixində
qeydə alınıb. Emissiyanın ümumi həcmi 30,000,000 AZN təşkil edir, bir
istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil
edir.
Emissiya prospektinə əsasən,
yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə
keçirilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.