Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu (Fond) Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşir. Fond
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il
25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma
predmeti, İT
avadanlıqları və proqram təminatıdır. Satın alınan mallar öz obyektiv texniki və keyfiyyət
göstəricilərinə uyğun olmalıdır. Satınalma
müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28
fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və
xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada
bağlanacaqdır. Satınalma
müqaviləsinin icra müddəti 6 ay nəzərdə tutulur. Mallar qaimə-faktura və
təhvil-təslim aktı əsasında Fondun inzibati binasında təhvil verildikdən sonra
5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi, satınalma
prosedurlarına dair izahat alınması və sənədlərin təqdim olunması, habelə
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş hallarda bildirişlərin göndərilməsi elektron qaydada dövlət
satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri Qanunla müəyyən edilmiş aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən malların keyfiyyəti 10 bal, mallar üzrə şərtlər 10 bal (təklif
olunan satınalma müqaviləsinin icra müddətinə müvafiq hesablanacaqdır).
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir: məsələn,
80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər malgöndərənlərin
maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət təklifi həmin
malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir. Kəmiyyətlə
ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən malgöndərənə
müvafiq meyar üzrə maksimum bal qiymət amili üzrə müvafiq riyazi düstura uyğun verilir.
Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və
rüsumlar) daxil edilməlidir.
Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə
olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak haqqının
məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender
və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə
keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə
Qaydası” ilə tənzimlənir. İştirak
haqqı 450 manat təşkil edir və heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 15 dekabr
2023-cü il saat 10:00-dək dövlət
satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə
imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını,
habelə iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- yalnız
serverlər üzrə Manufacturer Authorization Form və ya istehsalçı ilə rəsmi tərəfdaşlığını
(partnyorluğunu) təsdiq edən sənəd;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- İddiaçının
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət
qurumundan arayış;
- Satınalma
prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini
idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında
müvafiq dövlət qurumundan arayış;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən müvafiq dövlət qurumundan arayış.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
25 dekabr 2023-cü il saat 18:00-dək dövlət
satınalmalarının vahid internet portalında yerləşdirilməlidir. Hər bir iddiaçı tender üzrə
yalnız bir təklif verə bilər. Tender təklifləri Azərbaycan dilində təqdim
edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu, tender təklifinin
qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 26 dekabr 2023-cü il tarixində saat 10:00-da dövlət
satınalmalarının
vahid internet portalında açılacaqdır. Elektron
satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi
saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə
satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün
elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar
komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır
və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı gücləndirilmiş elektron imza
vasitəsilə imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri haqqında
yekun protokol Satınalmalar komissiyanın
bütün üzvləri tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalandıqdan
sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aidiyyəti üzrə
göndərilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu, digər normativ hüquqi aktlara istinadlar və bu
sənədləri dövlət satınalmalarının vahid internet portalının qanunvericilik
hissəsindən (https://www.etender.gov.az/qanunlar-5)
və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid
elektron bazasından http://e-qanun.az/
əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan
satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: İnformasiya
texnologiyaları departamentinin direktoru Mətin Hacıyev,
iş telefonu və faks nömrəsi: (+994 12) 498 18 01 (daxili 133), Faks: (+99412)
598-11-77. Bakı şəhəri, Bül-bül prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya
zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir.
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar
üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender
yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə
keçiriləcəkdir.
Satınalmalar Komissiyası